Türkiyənin Dənizli bölgəsində motosiklet qəzası keçirən cütlüyü ölüm ayırıb.
Medianews.az CNN Türk-ə istinadən xəbər verir ki, 15 oktyabr tarixində evlənən Murad və Yıldız Aktuan dostlarının dəvəti ilə ad günü şənliyinə gediblər. Şənlikdən motosikletlə qayıdan cütlüyün qarşısına qəfil maneə çıxıb, bu zaman Murad idarəetməni itirib. Ağır qəza nəticəsində hər iki şəxs ağır yaralanıb.
Ağır yaralanan Murad Aktuan hazırda xəstəxanada müalicə alsa da, Yıldızın həyatını xilas etmək mümkün olmayıb.