Dünya ulduzlarının əksəriyyəti maşınları, təyyarələrini, vertolyotlarını, villalarını nümayiş etdirməkdən heç vaxt çəkinməyib.
Axşam.az xəbər verir ki, bu dəfə model Kayli Cenner özəl təyyarəsi ilə gündəmə gəlib. Ən gənc milyarder olan Cennerin hava nəqliyyatının qiyməti 72 milyon dollardır.
Cenner təyyarəsinə “Kylie Air” adını verib. Təyyarənin göyərtəsində xüsusi menyu var: toyuq ilə Asiya salatı, “Kapriz” salatı, qlütensiz alfredo makaron. Bundan əlavə, çiyələk marqarita, liçi arağı, qızılgül şampanı və zoğal arağı ilə ayrıca kokteyl.