Türk Hava Yollarının (THY) Lissabon-İstanbul reysi başlamazdan əvvəl təyyarə Portuqaliyanın paytaxtı Lissabon hava limanında açıq dayanacaq yerinə çəkilib və sərnişinlərdən birinin “bomba zarafatı” etməsindən sonra təhlükəsizlik axtarışı aparılıb.
Medianews.az xəbər verir ki, əldə edilən məlumata görə, Lissabon-İstanbul reysi öncəsi TK-1756 reysi ilə uçan Airbus A321 tipli təyyarədə sərnişinləri götürərkən bir sərnişin bombalı zarafat edib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib və təyyarə təhlükəsiz parklanma yerinə çəkilib. Polis qrupları təyyarədəki digər sərnişinləri gözləyərkən bütün baqajlar boşaldılıb.
Bomba oyunu edən sərnişin təyyarədən endirilərək nəzarətə alınarkən, təhlükəsizlik axtarışlarında heç bir mənfilik olmadığı öyrənildi.
Uzun müddət davam edən təhlükəsizlik prosedurlarına görə, uçuş heyətinin iş müddətinin başa çatması səbəbindən uçuş təxirə salınıb.
Yusif Ziya
Medianews