“Qazaxıstan neft ixracının diversifikasiyası üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TMTM) istifadə etmək niyyətindədir. Çünki 2024-cü ildən ölkədə hasilat artacaq”.
Medianews.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirib. Onun sözlərinə görə, neftin hasilatının təxminən 12 mln.ton artırılması 2024-cü ilin ortalarından etibarən mümkün olacaq: “Bu neftin müəyyən bir hissəsini biz Xəzər vasitəsilə şaxələndirilmiş marşrutlar üzərindən ixrac etməyə başlamalıyıq. Amma bundan qabaq biz daşınmanı həyata keçirən tərəflə bu qədər neftin ötürülməsinə hazır olub-olmadığını danışmalıyıq”.
Qeyd edək ki, TMTM- Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Dəhlizin bir hissəsi istismara verilən Bakı-Tbilisi-Qars dəmir yoludur.
Zəfər
Medianews