Türkiyənin Kocaeli şəhərində 17 yaşlı gənc qız özünü körpüdən atıb.
Medianews.az xəbər verir ki, həmin anlar anbaan lentə alınarkən 3 polis gənc qızı aşağıda tutub.
“Memar Sinan” körpüsündə saat 21.00 radələrində baş verən hadisədə B.T. (17) körpünün məhəccərini keçərək magistral yola baxan istiqamətindən özünü aşağı atmağa çalışıb. Vəziyyəti görən vətəndaşların xəbərdarlığı ilə hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis göndərilib. Yanğınsöndürənlər də qısa müddətdə hadisə yerinə gələrkən, vətəndaşlar gənc qızı razı salmağa çalışıb.
Problemləri olduğunu deyilən gənc qız bir anda özünü aşağı atıb. Yıxılan gənc qızı aşağıda gözləyən 3 polis məmuru tutub.
Bədəninin müxtəlif yerlərində sınıq və əziklərlə xilas olan gənc qız sağlamlıq qruplarının ilk müdaxiləsindən dərhal sonra təcili yardımla xəstəxanaya aparılıb.
Medianews.az