“Bakı və İrəvanın razılaşdırdığı “Vaşinqton sənədi” mövcuddursa, bu Rusiya sülhməramlılarının Zaqafqaziyadan və Gümrüdəki hərbi bazadan çıxarılması deməkdir”.
Medianews.az xəbər verir ki, bu fikirləri erməni mətbuatına açıqlamasında poltoloq Semyon Baqdasarov deyib. Onun sözlərinə görə, əvvəllər guya ABŞ və Aİ Ermənistan və Azərbaycan üçün hansısa müqavilələr hazırlanıb.
Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov əlavə edib ki, ABŞ və Aİ artıq öz aralarında Ermənistan-Azərbaycan sərhədi ilə bağlı aparılacaq məsələləri əlaqələndirirlər: “Bununla belə düşünürəm ki, Rusiyanın Ermənistandan, demək olar, Zaqafqaziyadan tamamilə çıxarılması zaman məsələsidir. Ermənistan Zaqafqaziyada yeganə ölkədir ki, orada Rusiyanın burada müxtəlif sahələrdə iştirakı ilə yanaşı, həm də, hərbi mövcudluğu var”.
Ekspertin sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar uzanarsa, yaxın bir- iki ildə Rusiyanın Zaqafqaziyada mövcudluğunun azalması ciddi şəkildə baş verəcək. “Nikol Paşinyan açıq şəkildə amerikalılarla işləyir. Bu da çox şeylərdən xəbər verir. Bununla yanaşı, Ərdoğanın bu regionda Moskvaya yardımını gözləməyə dəyməz. O da Rusiyanın Cənubi Qafqazdan çıxarılmasında maraqlıdır”, – deyə, o qeyd edib.
Zəfər
Medianews.az