Türkiyənin İzmir şəhərində namaz qılmaq üçün məscidə gedən vətəndaşlar gözlənilməz mənzərə ilə qarşılaşıblar.
Medianews.az xəbər verir ki, məscidə daxil olan şəxslər Haydar Çoban adlı kişini kürəyi üstə uzanmış vəziyyətdə tapıblar.
Haydar Çoban adlı şəxs əsr namazını qılmaq üçün məscidə gedib. Lakin o məsciddə infarkt keçirərək yerə yıxılıb. Çobanın məsciddə hərəkətsiz vəziyyətdə tapılmasından sonra hadisə yerinə gələn sağlamlıq qrupları onun ürək tutmasından öldüyünü təyin edib. Gəncin infarkt keçirdiyi anlar anbaan lentə alınıb.
Medianews.az