Adananın Seyhan rayonunda yaralı itləri öz imkanları ilə müalicə etdirərək həyata qaytaran Derya Tunçgöğüs hürən itin səsindən narahat olan qonşusu Okşan Y. tərəfindən hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, şikayətçi olan Tunçgöğüs yaşadığı qorxunc hadisə barədə danışıb.
Adanada yaşayan Derya Tunçgöğüs 5 ildir ki, sahibləri tərəfindən tərk edilmiş və müalicəyə ehtiyacı olan itləri könüllü olaraq toplayır. Baxdığı itlərə də yuva quran Tunçgöğüs həm evində, həm də mağazasında yaralı itlərə baxır. Tunçgöğüs bu yaxınlarda ‘Darvin’ adını verdiyi yaralı iti müalicə etməyə və baxmağa başlayıb.
İddiaya görə, gecə mağazasında baxdığı itdən narahat olan qonşusu Okşan Y. Tunçgöğüsə ‘İtin səsindən yata bilmirik. Narahat oluruq” deyə mesaj göndərib. Tunçgöğüs mesajı oxuduqdan sonra itin baxıma ehtiyacı olduğunu yazıb və nömrəni bloklayıb. Tunçgöğüs hadisədən az sonra xəbər göndərən qonşusu ilə dərzidə görüşüb. Tərəflər arasında çıxan mübahisədə Okşan Y. Tunçgöğüsə hücum edib. Dava məhəllə sakinlərinin müdaxiləsi ilə başa çatıb. Hadisə yerinə gələn polis qrupları Okşan Y.-ni ifadəsinin alınması üçün polis bölməsinə aparıb.
Okşan Y. ifadəsinin ardından sonra sərbəst buraxılıb.
Medianews.az