“Ermənistan ilə Bakı arasında sülh müqaviləsi, Ermənistan-Azərbaycan münasibətləri və digər məsələlər üzrə görüşlər müxtəlif platformalarda və formatlarda davam edir”.
Medianews.az-ın xəbər verir ki, bu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Praqa görüşünün yekunları ilə bağlı sualı cavablandırarkən deyib. Bununla yanaşı, o bildirib ki, Praqa görüşü sülhyaratma səylərin artırılması çərçivəsində reallaşdırılan və təşkil edilən yeganə görüş deyil: “Çalışırıq ki, konstruktiv olaq və məqsədəuyğun qərarlar qəbul edək”.
Bununla yanaşı, erməni nazir Azərbaycan tərəfinin regional sülh quruculuğu işində səmimiliyinə şübhə ilə yanaşaraq, Ermənistan-Azərbaycan sülh danışıqları ilə paralel güc tətbiqindən istifadə etdiyini xatırladıb.
Mirzoyan Zəngəzur dəhlizi məsələsinə toxunaraq deyib ki, Ermənistan tərəfinin bu barədə əsas tələbi ondan ibarətdir ki, bu yol bizim nəzarətimizdə olsun: “Təəssüf ki, biz Azərbaycanın bu məsələdə barışmaz davranışı ilə üzləşirik. Hətta bu məsələdə gözlənilməz üçüncü ölkələr bu yolun Azərbaycan tərəfindən interpretasiyasını dəstəkləyir”.
Zəfər
Medianews.az