Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində qəbul edilən əsgərlərin təliminə nəzarət edib.
Medianews.az xəbər verir ki, komandirlərdən məlumat alan Putin Sovet İttifaqı istehsalı olan yarı avtomatik uzaqmənzilli snayper tüfəngi ilə də atəş açıb.
Ölkədə gərgin vəziyyət olduğu üçün Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin Ryazan hərbi poliqonuna baş çəkib. Putin əsgərlərə verilən təlimləri yerindəcə izləyib və komandirlərdən məlumat alıb. Putin əsgərlərə verilən kamuflyaj, qoruyucu və çəkmələrin keyfiyyəti ilə də yaxından tanış olub.
Qeyd edək ki, Fevral ayından Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyada prezident Vladimir Putin sentyabrın 21-də 300 min nəfərin hərbi xidmətə çağırılmasını nəzərdə tutan qismən səfərbərlik elan etmişdi. Qərardan sonra onlarla rusiyalı döyüşməmək üçün ölkədən qaçmağa cəhd edib, bölgədən çəkilən bəzi görüntülərdə isə bir çox gənclərin orduya getməmək üçün əl-qolunun sındırıldığı görülüb.
Medianews.az