6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə mübarizə üçün ciddi qaydalar qoyan Çindən qorxunc görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, koronaya yoluxduğu səbəbilə karantin mərkəzinə aparılan 14 yaşlı qızın səlahiyyətlilərin laqeydliyi ucbatından ölümə tərk edilməsi görüntüləri gündəm olub.
Keçən həftə Çində Quo Jinjin adlı 14 yaşlı qızın koronavirusa yoluxduğu səbəbilə Ruzhou şəhərindəki karantin mərkəzinə aparılıb. Lakin burada balaca qıza heç kim baxmayanda Quo Jinjinin səhhəti pisləşib. Titrəməyə başlayan Quo Jincin-ə karantin mərkəzindəki səlahiyyətlilər müdaxilə etməyib.
Həftə sonu xəstəliyi ağırlaşan kiçik qız bazar ertəsi başqa bir xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, Quo Jinjin dünyasını dəyişib. Jinjinin ölümündən sonra ailəsi kiçik qızın karantin mərkəzindəki son görüntülərini paylaşıb.
Medianews.az