Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu gün baş nazirliyə namizəd olmayacağını açıqlayıb.
Medianews.az bildirir ki, Müdafiə naziri Uolles açıqlamasında deyib: “Mən qeyd etmək istəyirəm ki, partiya yeni lider axtarışı prosesinə girdiyi üçün adımın namizəd kimi önə çıxmasına icazə verməyəcəyəm. Mən Böyük Britaniyanın Müdafiə Naziri olmaq imtiyazına sahibəm və mövcud təhlükə bu ofisdə sabitlik tələb edir. Keçən dəfə namizədliyimi irəli sürməməyimin səbəbləri dəyişməyib. Mən bütün namizədləri başa düşməyə çağıracağam ki, milli təhlükəsizlik olmadan evdə iqtisadi təhlükəsizliyə malik ola bilməzsiniz. Bu, Silahlı Qüvvələrimizə və kəşfiyyat xidmətlərimizə real sərmayə tələb edir.”
Keçmiş nazirlər Qreq Klark və Corc Yustis mətbuata açıqlama verərək, keçmiş maliyyə naziri Rişi Sunakı dəstəkləyəcəklərini bildiriblər. İngiltərə mətbuatında namizədlər arasında keçmiş baş nazir Boris Consonun adı da yer alıb.
Nəzrin Vüsal
Medianews.az