ABŞ prezidenti Bayden yenidən etdiyi hərəkətlərlə yenidən gündəmdədir.
Medianews.az xəbər verir ki, körpünün açılışında iştirak edən Bayden arxasındakı boşluğa çevrilərək çıxış edib.
Həmin anlar heyrətlə izlənilib.
Qeyd edək ki, 79 yaşlı ABŞ prezidenti Co Bayden tez-tez kameralar önündə etdiyi hərəkətlər ilə gündəmdə olur. Hətta Amerika prezidentinin bu davranışlarına görə, səhhətinin yaxşı olub-olmaması da sual altına düşüb.
9 ay əvvəl dağıdılan Pensilvaniya Fern Hollow körpüsünün yenidən təmiri başa çatdıqdan sonra körpünün açılışında ABŞ prezidenti Co Bayden çıxış edib. Çıxışı bitdikdən sonra Bayden qəfil arxaya çevrilib və bir müddət öz-özü ilə söhbət edib.
Sözügedən anların görüntülərini təqdim edirik:
Medianews.az