Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi sosial şəbəkə üzərindən keçirdiyi brifinqdə jurnalistlərə ABŞ-ın xarici siyasəti ilə bağlı bəyanatla çıxış edib.
Medianews.az-ın xəbər verir ki, Ağ Ev rəsmisi Rusiyanın İrandan pilotsuz üçüş aparatları ala biləcəyinə dair çoxdan xəbərdar olduqlarını: “Rusiya İrandan aldığı pilotsuz üçüş aparatlarını Krıma göndərib. Açıq şəkildə təsdiqləyirik ki, Rusiyanın Krımda yerləşən hərbi bazasında İran pilotlarından istifadə edərək Kiyevə aviazərbələr endirilib. Bu bir daha onu göstərir ki, iranlı hərbçilər Krımdakı yerləşdiriliblər və Rusiyaya əməliyyatlarda kömək edirlər”.
Kirbi bildirib ki, hazırda Rusiya İrandan onlarla PUA alıb və bu sistemlərin tədarükü davam edəcək: “Bundan başqa, gələcəkdə Rusiyanın İrandan “yer-yer” tipli raketlər kimi konvensional silahlar alacağından narahatıq”.
Ağ Ev rəsmisi qeyd edib ki, Ukraynada İran istehsalı olan PUA-lar həm hərbçilərə, həm də mülki insanlara qarşı istifadə edilir: “İran və Rusiya onlarda belə PUA-ların olmadığını inkar edərək. Bu ölkələr bütün dünyaya yalan danışa bilər, amma həqiqəti gizlədə bilmirlər. İran hazırda bilavasitə müharibədə iştirak etməklə döyüş meydanındadır”.
Zəfər
Medianews.az