İranın Buşehr əyalətindəki Xəlic Universitetinin Leyli Həzrəti və Səba Rayani Buşehr adlı iki tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.
Medianews.az azad İran teleqram kanalına istinadən xəbər verir ki, hər iki qadın tələbə İranın cənubunda yaşayan Qaşqay türklərindəndir.
Məlumata görə, Leyli Həzrəti Kəşkul tayfasındandır. Səba Rayani haqqında isə əlavə məlumat yoxdur.