Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Türkiyəyə gedib. Prezident Ərdoğanı Zəngilan Beynəlxalq Hava Limanından Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər yola salıblar.
Medianews.az bildirir ki, Prezident Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
Prezident Rəcəb Tayyib Ərdoğan özəl “TUR” təyyarəsi ilə Azərbaycandan Türkiyəyə yola düşüb.
Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər onu Zəngilan Beynəlxalq Hava Limanından yola salıblar.
Prezident Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altunun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da İstanbula gedib.
Nəzrin Vüsal
Medianews.az