Sosial media nəhəngi “Instagram” profillərə musiqi əlavə etmək imkanını sınaqdan keçirməyə başlayıb.
Medianews.az-ın məlumatına görə, “Instagram” ötən illərdə hekayələrə və yazılara musiqi əlavə etmək imkanını təqdim etmişdi. İndi onu genişləndirəcək və populyar musiqi xüsusiyyətini yeni sahəyə gətirəcək.
Paylaşımlara əlavə edilən musiqi istifadəçilər arasında qarşılıqlı əlaqəni artıracaq, əlavə olaraq məzmunun şaxələnməsini və zənginləşməsini təmin edəcək. Musiqi əlavə etmə xüsusiyyətinin stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.
Bəzi “Instagram” istifadəçiləri onu digər platformalar vasitəsilə istifadə etməyə çalışırdılar, baxmayaraq ki, profilə musiqi əlavə etmək imkanı hazırda mövcud deyil. “İnstaqram”ın bunun baş verməməsi üçün yalnız öz strukturunda işləyəcək funksiyanı inkişaf etdirməyə başlayacağı düşünülür. Yeniliyin profillərin zənginləşdirilməsi və qarşılıqlı əlaqənin artırılması baxımından əhəmiyyətli olacağı proqnozlaşdırılır.
Bundan əlavə, sosial media nəhəngi təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edən End-to-End Encryption funksiyasını bir müddət əvvəl sınaqdan keçirməyə başlayıb. Uzun müddətdir WhatsApp-da istifadə edilən bu funksiya mesajların yerləşdiyi platforma da daxil olmaqla, mesajların heç kim tərəfindən oxunmamasını təmin edir. Məxfiliyə əhəmiyyət verən sosial media istifadəçiləri End-to-End Encryption funksiyasının platformaya gəlməsi lazım olduğunu iddia edirlər.
Yusif Ziya
Medianews