Prezident Ərdoğanın Azərbaycana səfərini müşayiət edən AK Partiya sədr müavini Binəli Yıldırım və AKPartiya millət vəkili Şamil Ayrımın maşını Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında baş verən qəza ilə bağlı “Azərbaycana səfər edən cənab Binəli Yıldırım ilə deputatımız Şamil Ayrımın maşını qəzaya uğrayıb. Onunla danışdım. Mən hər üçünün səhhətinin yaxşı olduğunu və qəzanı bir qədər yüngül keçirdiklərini öyrəndim. Ən xoş arzularımı bildirirəm” deyə mesaj paylaşıb.
Medianews.az