“2020-ci ildə baş verən müharibədən sonra Ermənistan “Qarabağı müdafiə etmək” imkanından məhrum oldu”.
Medianews.az-ın xəbərinə görə, bu fikirləri Ermənistanın “İctimai Televiziyasına” parlamentin deputatı, xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan bəyan edib.
Onun sözlərinə görə, bu 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalaması ilə bölgəyə yerləşən Rusiya sülhməramlılarının iştirakı bağlıdır: “Artıq Ermənistanın Qarabağda hərbi varlığı yoxdur. Biz bu gün masanın üzərində olan resursları dəqiq və real qiymətləndirməliyik”.
Ağacanyan qeyd edib ki, hazırkı vəziyyəti ABŞ Konqresinin üzvləri görüşü zamanı onların diqqətinə çatdırıb. Deputat xatırladıb ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyir, ona görə də Ermənistana “nüfuzlu vasitəçi” lazımdır.
Zəfər
Medianews.az