Erməni milyarder Ruben Vardanyan Qarabağdakı separatçı rejimin “rəhbəri” olacaq.
Medianews.az-ın xəbərinə görə, bu barədə erməni milyarder sosial şəbəkə hesabında yazıb: “Noyabrın əvvəlində rəsmi olaraq dövlət naziri vəzifəsinə başlayacam və həmin vaxt strateji məqsədlərimi və qarşıda duran ilk vəzifələri ifadə edəcəyəm. Eləcə də atacağımız ilk addımları da bildirəcəyəm”.
Vardanyan həmçinin “Ermənistanın və erməni dünyasının taleyi”nin asılı olduğu Qarabağ məsələsinin həlli ətrafında vəziyyətin gərginləşməsindən son dərəcə narahat olduğunu bildirib. Onun sözlərinə görə, vəzifəyə gəlmək qərarını separatçılarla görüşlərdən sonra qəbul edib.
Qeyd edək ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Dağlıq Qarabağa köçmək niyyətini bildirdikdən sonra, separatçılar “dövlət naziri” vəzifəsini biznesmenə təklif edib.
Zəfər
Medianews.az