“Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.
Türkiyə başçısı bildirib ki, Zəngilan Hava Limanı Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir:
“Bir il ərzində işğaldan azad edilən qədim Azərbaycanın ərazisində ikinci hava limanının açılışına qatılmaq və sıxıntılı dövrdən sonra müasir tələblərə cavab verən belə limanın açılması hər ölkənin edə biləcəyi iş deyil.
Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını görəcəklər”.