Kanadada aparılan araşdırmalara görə, qlobal istiləşmə qarşıdakı illərdə yeni pandemiyalara səbəb ola bilər. Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmaçı alimlər belə qənaətə gəliblər. Ehtimal olunur ki, buzlaqlarda donmuş viruslar qlobal istiləşmə nəticəsində oyanaraq vəhşi təbiətə yayılacaq.
Kanadanın Toronto və Ottava universitetlərinin tədqiqatçıları şimal qütbündə Hayzel gölü ətrafındakı götürülmüş torpaq və su nümunələrini tədqiq edərək belə bir qənatə gəliblər. Tədqiqatçılar qeyd ediblər ki, buzlu suların əriməsi torpaqda daha çox miqdarda çöküntülərin yaranmasına gətirib çıxarır ki, bu da virusların torpaq səthindən yayılmasına gətirib çıxara bilər.
“Proceedings of the Royal Society B: Biological Sciences” adlı elmi jurnalda dərc edilən tədqiqatda qeyd edilir ki, indiki halda aşkar olunan viruslar təbiətə uyğunlaşdığı üçün pandemiya olma ehtimalı aşağıdır. İndi virusların epidemiya və ya pandemiyaya keçmə ehtimalının aşağı olduğunu bildirən tədqiqatçılar temperaturun artması ilə insanlara və heyvanlara təhlükə riski qalmaqdadır. Hələlik isə təhlükənin olub-olmayacağını müəyyən etmək mümkün deyil.
Zəfər
Medianews.az