Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Binəli Yıldırımın içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.
Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Yıldırım təcili yardımla hadisə yerini tərk edib.