İtaliyanın keçmiş baş nazirlərindən biri, Forza İtaliya (FI) Partiyasının lideri Silvio Berluskoninin Rusiya-Ukrayna müharibəsi və Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı dəyərləndirmələr apardığı yeni səs yazısının ortaya çıxması gündəm yaradıb.
Medianews.az bildirir ki, Rusiya prezidenti Vladimir Putinlə yaxın dostluğu hər kəs tərəfindən tanınan, “dünən hədiyyə edib Putinlə yenidən əlaqə saxladım” dediyi səs yazısı ilə mediaya diqqət çəkən Berluskoni bu gün yenidən gündəmə gəlib.
İtaliya mətbuatında yer alan yeni səs yazısına görə, Berluskoni Rusiyanın daha əvvəl dediyi “müharibəyə itələndiyi” tezisini təkrarlayaraq, “(Ukraynada) Zelenski hakimiyyətə gəlir və hücumlar üçqat artır. Putin Rusiyada təzyiqlərə məruz qalıb: “O, əməliyyat keçirməlidir. Ukraynaya daxil olub və üçüncü gündən Qərbdən pul və silah almağa başlayan ukraynalıların gözlənilməz müqaviməti ilə qarşılaşıb. Bu, iki həftəlik əməliyyatdan müharibəyə çevrildi” ifadələrdən istifadə edib.
Sözügedən səs yazısında Berluskoni də “Putin və Zelenskinin vasitəçilik masasında necə bir araya gətirilə biləcəyini qabaqcadan görə bilmirəm. Çünki bu, mümkün deyil. Məncə, Zelenski… Hər halda, bunu deyə bilmərəm” deyib.
Berluskoninin Zelenskiyə qarşı dedikləri hökumətin qurulması ərəfəsində ölkədə polemikaya səbəb olub.
Nəzrin Vüsal
Medianews.az