ABŞ səfirliyinin müşaviri müavini Rena Bitter, “Viza müsahibələri üçün uzun gözləmə müddətləri qlobal problem olsa da, Türkiyədəki əməkdaşlarımız pandemiyadan əvvəlkindən daha çox viza emal edir” deyib.
Medianews.az bildirir ki, ABŞ-ın Ankaradakı səfirliyinin konsulluq məsələləri üzrə müşavir müavini Rəna Bitter viza prosedurlarının təkmilləşdirilməsi ilə bağlı mesaj dərc edib. Türkiyənin ABŞ-ın mühüm tərəfdaşı olduğunu bildirən Bitter, Ankaradakı yeni səfirlik binasına köçdüklərini və burada ABŞ-a səyahət etmək istəyən sərnişinlər üçün qeyri-immiqrasiya viza müraciəti prosedurlarının əhatəsini genişləndirmək imkanı əldə edəcəklərini xatırladıb. Viza müsahibələri üçün uzun gözləmə müddətlərinin qlobal problem olduğunu ifadə edən Bitter, “Türkiyədə çalışanlarımız pandemiyadan əvvəlkindən daha çox viza emal edir. Bu o deməkdir ki, daha çox türk turisti, tələbəsi, iş adamı və ailəsi ABŞ-a səfər edə bilər ki, bu da türk və Amerika xalqları arasında mövcud olan möhkəm əlaqələri dərinləşdirir. Daha maraqlısı odur ki, pandemiyadan əvvəlkindən daha çox amerikalı turist Türkiyəyə gəlir” deyə vurğulayıb.
Nəzrin Vüsal
Medianews.az