ABŞ-ın Yuta ştatında təlim uçuşu üçün havaya qalxan F-35 döyüş təyyarəsi Hill Hərbi Hava Qüvvələri bazasına eniş edərkən uçuş-enmə zolağının şimal hissəsində qəzaya uğrayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, fövqəladə hallar briqadaları hadisəyə müdaxilə edərkən pilot təcili işə salma sistemindən istifadə edərək qəzadan xilas olub. Aviabazadan verilən açıqlamada pilotun müşahidə üçün yaxınlıqdakı tibb mərkəzinə aparıldığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Mətbuat konfransında polkovnik Kreyq Andrle bildirib ki, pilot adi təlim missiyasından Hill Hərbi Hava Qüvvələri bazasına qayıdıb.
Yusif Ziya
Medianews