“Survivor”da yarışdığı dönəmdə sözləri ilə qalmaqala səbəb olan, eyni zamanada ciddi azarkeş kütləsi qazanan Turabi Çamkıran sosial media hesabından yenidən diqqətçəkən paylaşım edib.
Medianews.az xəbər verir ki, sözügedən paylaşım sosial mediada geniş müzakirələrə yola açıb.
Qadınlarla fotosunu paylaşan Turabi “Başqasının namusuna dil uzadanlar umiyyətlə, ən namussuz adamalr olur. Hamınız o qədər yaxşısınız ki, cəhənnəmdə tək mənim yanacağımı düşünürsüz”,-deyə qeyd edib.
İzləyicilərinin tənqidlərinə məhəl qoymayan Turabi daha bir paylaşım edərək “Burada heç kim bakirə ölmür”,-sözlərini yazıb.
Qeyd edək ki, Turabi Çamkıran TV8 ekranlarında yayımlanan Survivor yarışmasında iki dəfə çempion olub.
Medianews.az