2019-cu ildə Braziliyada polis idarəsi yaxınlığında ac və yaralı vəziyyətdə tapılan və polis tərəfindən himayəyə götürülən it sosial media fenomeninə çevrilib. Belə ki, bu it artıq polis idarəsinin maskotu və xilasedicisidir.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Korporal Oliveyra adlı itin polis idarəsinin maskotu olduğu və polislə bərabər patrulluq etdiyi bildirilib.
Braziliyada sosial media fenomeninə çevrilən itin İnstaqram hesabını 117 min adam izləyir. İtin çoxlu foto və videolarının paylaşıldığı sosial media hesabını idarə edən polis məmuru Kriştiano Oliveyra mətbuata verdiyi müsahibədə bildirib ki, itin üç gün ərzində foto və ya videosunu paylaşmayanda izləyicilər dərhal maraqlanırlar.
Yusif Ziya
Medianews.az