İsrailin müdafiə naziri Benni Qantz İsrailin Ukraynaya silah verməyəcəyini, lakin hücumlara qarşı erkən xəbərdarlıq sisteminin yaradılmasına kömək təklif etdiyini bildirib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri qarşısında çıxış edib.
Ukraynanın Dəmir Günbəz kimi İsrail hava hücumundan müdafiə sistemləri üçün rəsmi müraciət edəcəyini elan etməsindən bir gün sonra danışan Gantz deyib: “İsrail humanitar yardım və həyat xilasedici sistemlər və müdafiə avadanlığı tədarükü vasitəsilə Ukraynaya dəstək siyasəti aparır. Bununla belə, İsrailin bir neçə əməliyyat narahatlığı var. Vurğulamaq istərdim ki, biz Ukraynaya hərbçilərə görə silah sistemləri göndərməyəcəyik. İndiyə qədər etdiyimiz kimi, Ukraynanı öz sərhədlərimiz daxilində dəstəkləməyə davam edəcəyik”.
Yusif Ziya
Medianews