Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman istefa verib.
Medianews.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, o, bir həftə ərzində Liz Truss hökumətini tərk edən ikinci nazir olub.
Xatırladaq ki, oktyabrın 14-də Böyük Britaniyanın maliyyə naziri Kvazi Kvartenq də vəzifəyə təyin olunduqdan 38 gün sonra istefa verib.
Kvazi Kvartenq sentyabrın əvvəlində formalaşdırılmış hökumətin tərkibində fəaliyyətə başlamışdı.
Yusif Ziya
Medianews