Avropa İttifaqı “Shahed Aviation Industries” pilotsuz uçuş aparatları şirkətinə, həmçinin dronların hazırlanması üzrə proqramda iştirak edən üç generala qarşı sanksiyalar tətbiq edəcək. Medianews.az Blomberq-ə istinadən xəbər verir ki, bu plan barədə nəşr Avropa İttifaqındakı mənbəyə istinadən qeyd edib.
Xəbərə görə, Aİ rəhbərliyi tərəfindən sənəd 21 oktyabrda səsverməyə çıxarılacaq, 24-də isə qəbul ediləcək. Çexiya isə sanksiyaların daha tez tətbiq edilməsinin tərəfdarıdır. Aİ rəhbərliyinin tətbiq etmək istədiyi məhdudiyyətlərin təfərrüatları açıqlanmır.
Məsələyə münasibət bildirən Ukrayna XİN İranı “hərbi təcavüzün iştirakçısı” elan edib. İddiaya görə İran Rusiyaya dronlar göndərir.
Qeyd edək ki, hərbi əməliyyatlar zonasında “Geran- 2” adlı PUA-kamikadze peyda olub. Ekspertlər bildiriblər ki, onlar “Shahed-136” İran dronlarının eynisidır. Maraqlıdır ki, həm İran, həm də Rusiya pilotsuz uçuş aparatları ilə bağlı hər hansı sövdələşmənin olmasını inkar edir.
Ukrayna Ali Radası İranla diplomatik münasibətlərə yenidən nəzərdən keçiriləcəyini bəyan edib. Deputatlar İranın terrorizmə sponsorluq edən dövlət kimi tanınıb-tanınmamasını ilə bağlı məsələni də müzakirə edəcəklər.
Zəfər