İstanbulda danışıqların nəticəsiz qalmasından sonra tətilə başlayan fəhlələrin olduğu əraziyə gedən Bələdiyyə Başçısı Turan Hançerli əsəbiləşərək “səsinizi kəsin” deyərək cavab verib.
Medianews.az xəbər verir ki, “Aksiya bizim haqqımızdır. İşçinin haqqını verəcəksiniz” deyən fəhlələri təhqir edən bələdiyyə başçısı sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Avcılar Bələdiyyəsi işçiləri təxminən 4 aydır davam edən kollektiv danışıqların heç bir nəticə verməməsindən sonra tətilə başlayıb. Avcılar Bələdiyyə Başçısı Turan Hançerli də ötən gün aksiya keçirən işçilərin olduğu əraziyə getdikdə ortalıq qarışıb.
İşlərin dayandırılmasının ardından Avcılar ərazisindəki küçələrin vəziyyəti də kameralara əks olunub. 2 gündür zibilləri təmizlənməyən küçələrdə hər yer xarabalığa çevrilib.
Medianews.az