Avstraliyada keçən ilin hakimiyyətə gələn İşçi Partiyası höküməti əvvəlki iqtidarın 2018-ci ildə verdiyi qərarı dəyişib.
Medianews.az xəbər verir ki, yeni qərar əsasən Avstraliya Qüdsün qərb hissəsinin İsrailin paytaxtı olaraq tanınmaqdan imtina edib. Avstraliya xarici işlər naziri Peni Vonq yazılı açıqlamasında bəyan edib ki, ölkəsi İsrailin hər zaman dostu olaraq qalacaq. Bu qərar isə beynəlxalq aləmdə qəbul edilimiş və gələcəkdə İsrail və Fələstinin sülh şəraitində yaşaması üçün irəli sürülən təkliflərə dəstək olaraq verilib.
Xarici işlər naziri əvvəlki Avstraliya hökumətini tənqid edərək, belə bir qərarın verilməsinin yanlış olduğunu deyib.
Onu da qeyd edək ki, İsrailin Xarici İşlər Naazirliyi məsələyə sərt reaksiya verib və Avastraliyanın bu qərarının heç nəyi dəyişməyəcəyini bəyan edib. Fələdtin hökuməti isə belə bir qərara imza atdığı üçün Avstraliya hökumətinə minnətdarlıq edib.
Medianews.az