Avropa Parlamenti mühacirlərə qarşı qeyri-insani hərəkətlər və onların geriyə göndərilməsində qanundankənar addımlara atdığına görə Yunanıstanla birlikdə Avropa İttifaqı Sərhədlərin Mühafizəsi Agentliyi olan Fronteksin 2023-cü il üçün büdcəsini təsdiqləməyib.
Medianews.az xəbər verir ki, səs vermə zamanı avropalı parlamentarilərin 345 səslə layihəni rədd ediblər. Buna səbəb kimi isə Fronteks əməkdaşları tərəfindən səlahiyyətlərindən sui-istifadə etmələri və insan haqlarını kobud şəkildə pozulmaları ilə bağlı iddiaların olması göstərilib.
İclas zamanı çıxış edən niderlandlı deputat Bas Eickhout deyib ki, 2022-ci üçün Fronteksə digər agentliklərdən daha çox- 900 milyon avro maliyyə ayrıldı: “Avropa insanının pulunu qanunlarımızın və bütövlükdə beynəlxalq hüququn kobud şəkildə pozulması üçün istifadə edilməsinə artıq göz yuma bilmərik”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə tərəfi həm Yunanıstanın, həm də Fronteksin mühacirlərə qarşı hərəkətlərinin yolverilməz olduğunu açıqlamışdı.
Zəfər
Medianews.az