Bir tərəfdə Rusiya, digər tərəfdə Çin ilə vəziyyətin gərginləşdiyi bir ərəfədə ABŞ-ın hərbi gücü ilə bağlı hazırlanan hesabat hamını təəccübləndirib. Medianews.az xəbərinə görə, bu hesabat mühafizəkarların beyin mərkəzi olan Heritage Fondu hazırlanıb. Hesabatda vurğulanıb ki, Pentaqon tərəfindən Çin və Rusiyanın təhdidlərinə qarşı ordunu gücləndirdiyi bəyan edilsə də, ABŞ silahlı qüvvələri nəinki iki müharibədə, heç birində belə qələbə qazanmaya bilər. Sənədə əsasən, uzun illər ərzində ordu yetərincə təmin edilmədiyi üçün bu vəziyyət yaranıb.
Belə olduğu halda ABŞ ordusu müharibəyə hazırdırmı? Əlbəttə ki, cavab “xeyr”dir.
Hesabata görə, ordunun gücləndirilməsi üçün 2023-cü il büdcəsindən ayrılan maliyyə də yetərli deyil.
ABŞ və dünyada bu hesabatın ciddi rezonans doğurduğu bir vaxtda Pentaqon məsələyə münasibət bildirməkdən yayınıb. Bu hesabatı görmədiyini bildirən Hava Qüvvələri sözçüsü Patrik Rayde bildirib ki, ABŞ ordusu kifayət qədər güclüdür və ölkənin maraqlarını hər yerdə qoruyur.
Zəfər