Yunanıstanla Türkiyə arasında gərginlik davam edərkən, yunan siyasətçilərin gərginliyi artıran açıqlamaları vəziyyəti yenidən qızışdırır.
Medianews.az xəbər verir ki, bu dəfə Yunanıstanlı siyasətçi Eva Kaili çıxışı ilə gündəm yaradıb.
Türkiyəyə qarşı iddialar irəli sürən Eva Kaili “Türkiyənin sahil təhlükəsizlik əməkdaşları qayıqların sahilə çıxmasına mane olaraq immiqrantlara qarşı zorakılıq tətbiq edir”,-deyə açıqlama verib.
Qeyd edək ki, Yunan tərəfinin bu iddialarına Türkiyə tərəfi əvvəlki günlərdə dəlillərlə cavab vermişdi.
Eva Kaili daha sonra sözlərini belə davam etdirib: “Türk sahil mühafizə zabitlərinin miqrantların qayıqlarının Türkiyə sahillərinə çatmasına mane olaraq onlara zorakılıq tətbiq etdiyini əks etdirən bir video ortaya çıxdı. Bu video Türkiyənin Aİ-Türkiyə Birgə Fəaliyyət Planını pozduğunu sübut edir.”
Medianews.az