Medianews.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hava zərbələri nəticəsində ölkəsindəki elektrik stansiyalarının 30 faizinin yararsız hala düşdüyünü açıqlayıb. Buna görə də Zelenski ölkədə elektrik enerjisinin kəsildiyini açıqlayıb və indi Rusiya ilə danışıqlar aparacaq nəyinsə olmadığını bildirib.
Hücumları dəyərləndirən Zelenski deyib ki, işğalçı Rusiya qüvvələri “ən yaxşı bacardıqları qədər mülki insanları öldürürlər və bunu davam etdirirlər”.
Rusiya qüvvələri paytaxt Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində enerji obyektlərinə yeni hücumlar təşkil edib.
Səhər saatlarında Kiyev yaxınlığında bir neçə güclü partlayış səsi eşidilib.
Nəzrin Vüsal
Medianews.az