Böyük Britaniyanın Baş naziri Liz Trass bir neçə deputatın çağırışlarına baxmayaraq, istefa vermək niyyətində olmadığını bildirib.
Trass bu barədə “BBC” telekanalına müsahibəsində danışıb.
“Növbəti seçkilərdə Mühafizəkarlar Partiyasına rəhbərlik edəcəyəm. Ölkəyə xidmət etmək üçün bu vəzifəyə seçilməyim çox vacibdir. Mən həqiqətən də məsuliyyəti öz üzərimə götürmək istəyirəm və yol verilən səhvlərə görə üzr istəyirəm. Mən insanlara elektrik enerjisi ilə bağlı ödənişlərində yardım etmək, yüksək vergilər problemini həll etmək istəyirdim, lakin biz çox dərinə getdik. Mən bunu etiraf etmişəm. Mən iqtisadi sabitliyin bərpa edilməsi barədə yeni strategiya ilə yeni maliyyə naziri təyin etdim”, – deyə Trass qeyd edib.(Qafqazinfo)