Rusiyada Krasnodar əyalətinin Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Yaşayış binasının üzərinə düşən təyyarənin Su-34 hərbi qırıcı-bombardmançı olduğu məlum olub.
Rusiya Müdafiə Nazirliyi Su-34-ün qəzaya uğradığını təsdiqləsə də, hökunət rəsmiləri hələ ki, hadisə ilə bağlı əlavə məlumat verməyib.
Nazirlik qırıcı təyyarənin Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşunu yerinə yetirmək üçün qalxarkən baş verdiyini bildirib.
Mətbuatın verdiyi məlumata görə, təyyarənin iki pilotu havaya qalxa bilib.
Hadisə şahidləri təyyarənin binaya düşdükdən sonra güclü partlayış olduğu və yanğın başladığını deyib.