Türkiyəli müğənni Özcan Dəniz Bakıya gələcək.
Sənətçinin səfərinin məqsədi solo konsert verməkdir. Özcan oktyabrın 25-i Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Qeyd edək ki, bundan əvvəl tədbir sentyabrın 16-da planlaşdırılmışdı. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olub. Buna görə də tədbir təxirə salınmışdı. Müğənni isə sosial şəbəkədə Azərbaycan xalqına başsağlığı vermişdi.