“Google” axtarış sistemi Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Medianews.az xəbər verir ki, axtarış sisteminin səhifəsində Azərbaycanın dövlət bayrağı dalğalandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə yerləşdirilən fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar açılır.
Onu da bildirək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bağlı bildirişlər tez-tez paylaşılır.