Medianews.az bildirir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) respublikanın Azərbaycanla sərhədinə öz müşahidəçilərini göndərməyə çağırıb.
Eyni zamanda Ermənistanın xarici işlər naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri tərəfindən iki ölkənin sərhədindəki vəziyyətə siyasi qiymət veriləcəyini gözlədiyini bildirib.
Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu da bildirib, lakin bundan əvvəl Ankaranın iki ölkənin sərhədlərinin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün “real addımlar” atmalı olduğunu vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Mirzoyan Avropa İttifaqının nümayəndələri ilə Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsini müzakirə edib.
Bazar ertəsi Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri 40-a qədər ekspertdən ibarət mülki missiya göndərmək barədə razılığa gəliblər. Onlar Ermənistan tərəfində Azərbaycanla sərhəddə yerləşdirilə bilər.
Nəzrin Vüsal
Medianews.az