1990-cı illərdən sonra Çeçenistanda yenidən vətəndaş müharibəsi təhlükəsi yaranıb.
Medianews.az xəbər verir ki, hərbi xidmətə çağrılmaq və Ukraynaya getmək istəməyən çeçenlər Çeçenistan lideri Ramazan Kadırova bağlı birliklərlə toqquşub.
Kadırovun polisləri ilə üz-üzə gələn etirazçı qrupun əllərində silahlar və qumbara olduğu da məlum olub. Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı polis bölməsi olan “OMON” qrupları təcili olaraq həmin bölgəyə göndərilib.
Beynəlxalq mətbuat Çeçenistanda baş verənlər haqqında məlumatlar yazaraq münaqişənin 1990-cı illərin əvvəllərində ölkədə baş verən vətəndaş müharibəsinə çevrilə biləcəyi qorxusunu vurğulayıb.
Qeyd edək ki, Toqquşmalar Çeçenistan və İnquşetiya sərhədində yerləşən Samaşki kəndi yaxınlığında baş verib.
Medianews.az