Bu gün ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yayılan məlumatda diqqət çəkən məqam odur ki, yağıntılar şimçək çaxması ilə müşahidə olunacaq.
Mütəxəssislərin rəyinə görə ildırımvurmadan qorunmaq üçün hətta elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək lazımdır.
Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. (Bizim.Media)