Bu gün, oktyabrın 17-də Kiyevdə polis əməkdaşları şəhərə hücum etmək istəyən kamikadze pilotsuz uçuş aparatlarının birini vurub. Hadisə yerindən kadrlar yayılıb.
Medianews.az xəbər verir ki, bu barədə Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksiy Beloşitski Facebook səhifəsində məlumat yayıb.
O, bugünkü dron hücumu zamanı çəkilmiş videonu paylaşıb. Videodan bəlli olur ki, polis PUA-nı atıcı silahlarla vurub. Bundan sonra şəhərə hücum edən İran dronu yerə düşüb.
Nəzrin Vüsal
Medianews.az