Medianews.az bildirir ki, İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Türkiyə ilə NATO razılaşmasına sadiq olduğunu və razılaşmanın tələblərini yerinə yetirmək üçün bütün gücləri ilə çalışacaqlarını bildirib.
İsveçdə sentyabrın 11-də keçirilən seçkilərdən 36 gün sonra bu gün baş nazir seçilən Mötədil Mühafizəkarlar Partiyasının lideri Kristersson Türkiyə ilə İsveç arasında NATO danışıqlarını dəyərləndirib.
Baş nazir seçildiyi üçün çox xoşbəxt olduğunu qeyd edən Kristersson, “Mən bu gün baş nazir seçildim. Mənə göstərilən etimada görə təşəkkür edirəm. NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox önəmlidir. NATO razılaşmasına sadiqik. Türkiyə, İsveç və Finlandiya arasında müqavilənin tələblərini yerinə yetirməyə sadiqik. Əlimizdən gələni edəcəyik”. ifadələrdən istifadə etmişdir.
Nəzrin Vüsal
Medianews.az