Medianews.az bildirir ki, İrəvanda yüzlərlə insan ölkənin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünə etiraz etmək üçün toplaşıb.
İrəvanın KTMT-dən tez bir zamanda çıxmasını tələb edən kütlə Moskva əleyhinə şüarlar səsləndirib.
Etirazda bannerlərin üzərində təşkilatın qısa adı olan KTMT qırmızı xaç işarəsi ilə qeyd edilib və Moskvanın SSRİ dövründə olduğu kimi bu və buna bənzər təşkilatlar vasitəsilə Ermənistanı müstəmləkəçiliyini davam etdirmək istədiyi bildirilib.
Nümayişdə iştirak edən Milli Demokratik Qütbün liderlərindən biri Vaqe Qasparyan deyib: “Kreml keçmiş sovet respublikalarının neokoloniallaşdırılmasıdır və indi də edir. ifadəsini işlətdi.
“Bütün bu KTMT-yə bənzər təşkilatlar keçmiş sovet respublikalarını Kremlin təsiri altında saxlamaq üçün yaradılan kremlpərəst təşkilatlardır”, – Qasparyan bildirib.
Medianews.az