Medianews.az bildirir ki, Avropa İttifaqı (Aİ) Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayan etirazları yatırtdığı üçün İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
AB, İrandakı etirazlardan sonra tətbiq edəcəyi sanksiyaların ölkədə “əxlaq polisi” adlandırılan mühafizəçilər və informasiya və kommunikasiya texnologiyaları naziri də daxil olmaqla 11 nəfər və qurumu hədəf alacağını bildirib.
Bəzi AB xarici işlər nazirləri də Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları göndərdiyi deyilən İrana qarşı sanksiyaların tətbiq edilməsi lazım olduğunu bildirib.
“Reuters”ə danışan Estoniyanın xarici işlər naziri Urmas Reinsalu, “Məncə, ən qısa zamanda yeni sanksiyalarla bağlı razılaşma əldə edilməlidir” deyib.
Nəzrin Vüsal
Medianews.az