Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında bir gün əvvəl baş verən partlayışda onlarla insanın həlak olduğu kömür mədəninə gedib.
O, mədənçilərin qohumları və yaxınları, axtarış-xilasetmə əməliyyatlarının iştirakçıları ilə söhbət edib.
“Amasrada kömür mədənində baş verən qəza 41 nəfərin həyatına son qoyub. Hadisə hərtərəfli araşdırılacaq. Hökumət gələcəkdə belə faciələrin qarşısını almaq üçün əlindən gələni edəcək”, – R.T.Ərdoğan bildirib.