Almaniyanın Köln şəhərində ölkə tarixində ilk dəfə olaraq cümə günü azan səsgücləndirici vasitəsilə verilib.
BAKU.WS takvim-ə istinadən xəbər verir ki, azan Almaniyanın ən böyük məscidi olan Köln Mərkəzi Məscidində səsləndirilib.
Məlumata görə, Köln Böyükşəhər Bələdiyyəsi şəhərdə 2 il ərzində cümə günləri azanın səsgücləndirici ilə verilməsinə icazə verib.
Qərar azan verilən zaman qonşuları narahat etməmək, 100 metr məsafədə 60 desibel səs səviyyəsini aşmamaq şərti ilə verilib.